Zlata “Los-Anceles Qalaksi” ilə yollarını ayırdığını açıqladı

Zlata “Los-Anceles Qalaksi” ilə yollarını ayırdığını açıqladı

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi” ilə yollarını ayırıb. Assist.az xəbər verir ki, 38 yaşlı ulduz bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"Gəldim, gördüm, fəth etdim. "Los-Anceles Qalaksi"yə məni yenidən canlı varlıq olduğumu hissi etdirdiyi üçün təşəkkür edirəm. Zlatanı istədiniz, mən də sizə Zlatanı verdim. Dəyməz! Hekayə davam edir. İndi isə beysbol izləməyə davam edin", - deyə İbrahimoviç qeyd edib.

Hücumçunun qışda “Milan”la müqavilə imzlayacağı iddia olunur. Bu barədə ötən həftə MLS rəhbəri Don Qarber açıqlama vermişdi.

 Zlatan 2010-2012-ci illərdə "Milan"da forma geyinib. O, 2018-ci ildə "Mançester Yunayted"dən "Los-Anceles Qalaksi"yə keçib. İbrahimoviç MLS klubunda 58 oyunda 53 dəfə rəqib qapılarına yol tapıb.