Ronaldonun bacısı xəstəxanalıq oldu

Ronaldonun bacısı xəstəxanalıq oldu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyro koronavirusa görə xəstəxanalıq olub.

Assist.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 17-də koronavirus testi müsbət çıxan Katya əvvəlcə evdə təcrid olunub. Ronaldonun bacısının durumu sonradan pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Hazırda Aveyronun səhhəti normaldır və getdikcə yaxşılaşır. Bu barədə xanım özünün “instagram” hesabında paylaşım edib.

Aveyro ötən il verdiyi açıqlamada koronavirusun yalan olduğunu demişdi.