"Yuventus" Xuan Kuadrado ilə yeni müqavilə imzalaya bilər

İtaliyanın "Yuventus" klubu Kolumbiyalı yarımmüdafiəçisi Xuan Kuadrado ilə yeni müqavilə imzalamaq istəyir.
Assist.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qoca sinyora" 32 yaşlı futbolçuya müddəti gələn ilin yayınadək olan yeni müqavilə təklif edib. Xuan Kuadrado bu təklifi müsbət cavablandırıb.
Qeyd edək ki, Kuadrado bu mövsüm A seriyasında 29 oyunda 2 qol vurub və 11 qolun ötürməsini verib.