Yurgen Klop: "İspaniyada yaşamadığım üçün peşmanam"

Yurgen Klop: "İspaniyada yaşamadığım üçün peşmanam"

Liverpul" klubunun baş məşqçisi Yurgen Klop Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid" ilə oynayacaqları oyundan əvvəl bəzi açıqlamalar verib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Yurgen Klop İspaniyanı çox bəyəndiyini və burada yaşamadığı üçün peşman olduğunu bildirib:

"İspaniyaya ayaq basandan sonra təəsüfləndim. Bu ölkə çox gözəldir və burada yaşamadığım üçün peşmanam".

Yurgen Klop "Real Madrid"də çalışmaq fikrinə münasibət bildirib:

Karyeramı "Mayns", "Borissia Dortmund" və "Liverpul"un məşqçisi kimi bitirsəm peşman olmaram. Əgər bir "La Liqa" klubunda çalışası olsaydım bu "Real Mallorka" klubu olardı".

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək "Real Madrid"-."Liverpul" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.