Yeni əsrin yeni ulduzu

Jadon Malik Sanço. 2017-ci il yay transfer pəncərəsində "Mançester Siti"dən "Dortmund"a transfer olunan bu yeniyetmə ilk vaxtlar bir çoxlarına tanış olmasa da… sonradan sərgilədiyi oyunla mövsümün ən çox danışılan oyunçularından birinə çevrildi. "Borussiya"nın əvəzedici komandasında özünün sürət və texnikası ilə seçilən Sanço tez bir zamanda əsas heyətdə də oynamağa başladı. Debüt oyunu "Ayntraxt"a qarşı olan Jadon "Borussiya"nın Bundesligadakı ilk ingilisi futbolçusu kimi tarixə keçdi.
İlk qolu 2017/18 mövsümündə "Bayer Leverkusen" qələbəsində(4-0) qeydə alındı.Həmin matçda iki assistlə də yadda qalan Sanço Dortmund sevərləri ümidləndirməyə bilməzdi.Cari mövsümdə uzun müddətdən sonra çempionluğa yaxınlaşan "Borussiya"nın uğurlarının əsas memarlarından biri də məhz Jadondur.2019-cu ilin fevralında 8, bir ay sonra isə 9 qol həddinə çatan ən gənc futbolçu(Podolskiyə aid) rekordlarını ələ keçirtdi. Mövsümdə 11 qol , 13 assisti 18 yaşlı gənci digərlərindən fərqləndirməyə bilməz.
Xatırlatmaq lazımdır ki, Jadon İngiltərə millisində U17 Avropa ikincisi və U17 Dünya çempionudur və 2018-ci ildən millinin əsas heyətində də yer alır.