Xavi üçün bütün biletlər satıldı

Xavi üçün bütün biletlər satıldı

"Barselona"nın sabiq futbolçusu və yeni baş məşqçisi Xavi Ernandesin təqdimatı üçün satışa çıxarılan bütün biletlər satılıb.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Hollandiyalı mütəxəssis Ronald Kumanının əvəzinə vəzifəyə cəlb edilən Xavinin təqdimatı üçün satışa çıxarılan 25.000 biletin tamamı satılıb.

Qeyd edək ki, Xavi ilə imzalanacaq olan müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.