Vardi mövsümün ən yaxşısı oldu

Vardi mövsümün ən yaxşısı oldu

Leicester City-də 2019/20 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Assist.az xəbər verir ki, bu, hücumçu Ceymi Vardidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu Leicester City-nin azarkeşləri və futbolçuları arasında keçirilən səsvermədə qalib olub.

Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasında 37 turdan sonra 23 qolla bombardirdir.