"US Open" turnirinin qalibi müəyyənləşdi

"US Open" turnirinin qalibi müəyyənləşdi

“Böyük dəbilqə” seriyasında “US Open” turnirinin qadınlar arasında final görüşü keçirilib.

Assist.az xəbər verir ki, 54,5 milyon dollar mükafat fondu olan yarışın həlledici qarşılaşmada yaponiyalı Naomi Osaka belaruslu Viktoriya Azarenkoya qalib gəlib.

22 yaşlı tennisisçi karyerasında 2-ci dəfə “US Open” turnirinin qalibi olub.