Uels millisinin 8 nəfərlik nümayəndə heyəti Bakıya gəlib

Uels millisinin 8 nəfərlik nümayəndə heyəti Bakıya gəlib

“Assist.az” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçiriləcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar. Uels millisi Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə seçməsi ilə üz-üzə gələcək. Hər iki oyun Bakı Olimpiya Stadionunda təşkil olunacaq.