UEFA Qarabağ - Molde matçına yerliləri təyin etdi

UEFA Qarabağ - Molde matçına yerliləri təyin etdi

UEFA Qarabağ-ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç Molde-si ilə keçirəcəyi matç üçün növbəti təyinatları açıqlayıb.

Assist.az xəbər verir ki, Avropa futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Scran Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 16-da AEK Arena-da keçiriləcək Qarabağ - Molde oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.