Türkiyə klubunda yeni çalışdırıcı

Türkiyə klubunda yeni çalışdırıcı

Türkiyə Superliqa təmsilçisi Kasımpaşa-nın yeni baş məşqçisi müəyyənləşib.

Assist.az klubun saytına istinadən xəbər verir ki, boş qalmış baş məşqçi vəzifəsinə İrfan Buz təyin olunub. O, istefaya göndərilən Mehmet Altıparmakı əvəzləyib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Boz Türkiyə 1-ci liqa təmsilçisi Bursaspor-u çalışdırıb.