Türkiyə çempionatının püşkü atıldı

Türkiyə çempionatının püşkü atıldı

Türkiyə Super Liqasında 2020/21 mövsümünün püşkü atılıb.

Assist.az xəbər verir ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Hər komanda mövsüm ərzində 40 oyun keçirəcək. Dövrələrarası fasilə olmayacaq.

İlk turun oyunları 11-14 sentyabr aralığında keçiriləcək. İlk dövrəyə yanvarın 24-də yekun vurulacaq. Yanvarın 29-da start götürəcək ikinci dövrə isə mayın 16-da 42-ci turun oyunları ilə yekunlaşacaq.

İlk turda Konyaspor istirahət edəcək. Açılış turunun mərkəzi oyunu Trabzonspor-la Beşiktaş arasında baş tutacaq.

Türkiyə Super Liqası

1-ci tur

11-14 sentyabr

Ankaragücü - Erzurumspor

Sivasspor - Alanyaspor

Kayserispor - Kasımpaşa

Rizespor – Fenerbahçe

Hatayspor - Başakşehir

Galatasaray - Gaziantep

Fatih Karagümrük - Yeni Malatyaspor

Göztepe - Denizlispor

Trabzonspor - Beşiktaş

Antalyaspor - Genclerbirliği