Tovuz klubu liqaya rekordla qayıtdı

Tovuz klubu liqaya rekordla qayıtdı
Tovuz klubu liqaya rekordla qayıtdı
Tovuz klubu liqaya rekordla qayıtdı
Tovuz klubu liqaya rekordla qayıtdı

Misli Premyer Liqasının birinci turunun “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib.

Assist.az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7000 seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.

​Ümumilikdə isə I turu 10600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 seyrçi olub.

Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.