"Tottenhem"dən gözlənilməz məğlubiyyət

İngiltərə Premyer Liqasında 28-ci turun görüşləri davam edir. Assist.az xəbər verir ki, "Tottenhem" evdə "Vulverhempton"u qəbul edib və 2:3 hesabı ilə uduzub.

 

Premyer Liqada turnir cədvəlinə 79 xalla "Liverpul" başçılıq edir. "Vulverhempton" 42 xalla 6-cı, "Tottenhem" 40 xalla 7-cidir.

 

"Tottenhem" - "Vulverhempton" - 2:3

Qollar: Stiven Berqveyn, 13, Serj Orye, 45 - Mett Doerti, 27, Dioqu Yota, 57, Raul Ximenes, 73