Tottenham-də növbəti ayrılıq

Tottenham-də növbəti ayrılıq

Daha bir futbolçu "Tottenham"dən ayrılıb.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, qapıçı Mişel Vorm London təmsilçisini tərk edib. 36 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, M.Vorm 2014-cü ildən "Tottenham"də çıxış edirdi.

Xatırladaq ki, bu gün müdafiəçi Yan Vertonqen də Premyer Liqa təmsilçisindən ayrılıb.