Ter Şteqen top klubların hədəfindədir

Ter Şteqen top klubların hədəfindədir

Barcelona-nın qolkiperi Mark-Andre ter Şteqenin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, ter Şteqen Chelsea və Bayern Münich-dən təklif alıb. Bu amil Barcelona ilə danışıqların gedişində problem yaradır.

28 yaşlı qapıçı ilinə 10 milyon avro qazanmaq istəsə də, katalon klubu ona 6,3 milyon avro məvacib təklif edir. Ter Şteqenin Barcelona ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

2019-20 mövsümündə La Liqada 36 matçda meydana çıxan alman qolkiper onların 12-sində qapısını toxunulmaz saxlaya bilib. (Fanat)