Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurdular

Taekvondoçularımız  Avropa çempionatını iki medalla başa vurdular

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatınında mübarizəni başa vurublar. "Assist.az” xəbər verir ki, yarışın sonuncu günündə Payam Qobadi Oğaz  (87 kq)  və Radik İsayev (+87)  mübarizə aparıb.

Qobadi əvvəlcə yunanıstanlı Nikolaos Tzellosu 10:6 hesabı ilə üstələsə də, 1/4 finalda Serbiya nümayəndəsi İvan Sapinə məğlub olub - 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə məğlub etsə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya uduzub - 17:19. Nəticədə millinin hər iki üzvü medal qazana bilməyib.

Azərbaycan seçməsi isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında 80 kq çəki dərəcəsində  çıxış edən Milad Beigi Hərçəqani  gümüş, qadınlardan isə 46 kq çəkili  Minayə Əkbərova bürünc medala sahib olub.