Stamın yeni klubu müəyyənləşdi

Stamın yeni klubu müəyyənləşdi

Niderlandlı məşqçi Yaap Stamın yeni iş yeri müəyyənləşib.

Assist.az xəbər verir ki, 47 yaşlı müəəxəssis MLS təmsilçisi Cincinatti-yə baş məşqçi təyin olunub.

Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Stam Ohayo təmsilçisi ilə 2021-ci ilin 31 dekabrına kimi müqavilə imzalayıb.

Stam son olaraq Niderlandın Feyenoord klubunu çalışdırıb. O, 2019-cu ilin oktyabrından işsiz idi.