Slovakiya-Azərbaycan: Üstünlük kimin tərəfindədir?

Futzal üzrə Azərbaycan millisi aprelin 8-də keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Slovakiyanın qonağı olacaq.
Assist.az xəbər verir ki, milli seçmə turnirlərdə Slovakiya ilə 7 dəfə üz-üzə gəlib. 1996, 2014, 2016 və 2021-ci illərdə baş tutan görüşlərin 4-də Azərbaycan, 1-də isə Slovakiya futzalçıları qələbə qazanıblar, iki qarşılaşmada isə qalib müəyyənləşməyib. Həmin oyunların rəsmi statistikasına nəzər salaq.
27.10.1995 AÇSO Slovakiya – Azərbaycan 2:0
30.03.2013 AÇSO Slovakiya – Azərbaycan 1:2
15.09.2015 AÇSO-pley-off Azərbaycan – Slovakiya 3:1
22.09.2015 AÇSO-pley-off Slovakiya - Azərbaycan 1:1
26.10.2019 DÇSO Azərbaycan – Slovakiya 2:0
01.02.2020 DÇER Slovakiya – Azərbaycan 3:3
29.01.2021 AÇSM Azərbaycan – Slovakiya 4:1
Yeri gəlmişkən qeyd edək ki, Levica İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Qarşılaşma CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.