Sevilla Argentina millisinin üzvünü aldı

Sevilla Argentina millisinin üzvünü aldı

Sevilla növbəti transferini həyata keçirib.

Assist.az xəbər verir ki, La Liqa təmsilçisi Sporting Lissabon-un müdafiəçisi Markos Akunyanı heyətinə qatıb. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Akunya 2017-ci ildən Sporting-də çıxış edirdi.