Serxio Ramos "Real Madrid"dən ayrılır?

Serxio Ramos "Real Madrid"dən ayrılır?

"Real Madrid"in təcrübəli müdafiəçisi Serxio Ramos klubdan ayrıla bilər.

Assist.az ispaniya mətbuatına istinadən xəbər verir ki, kral klubu "Bavariya"nın müdafiəçisi David Alabanı transfer etmək istəyir və bu səbəblə Ramos klubun planlarına daxil deyil. 35 yaşlı müdafiəçinin meneceri Rene Ramosun "Sevilya"nın idman direktoru Monçi ilə əlaqə yaratması oyunçunun klubdan ayrılma ehtimalını qüvvətləndirib.

Qeyd edək ki, Ramos ilə "PSJ"də maraqlanır.