Serxio Aquero "Mançester Siti"dən gedir

Serxio Aquero "Mançester Siti"dən gedir

"Mançester Siti"  rəhbərliyi verdiyi açıqlamada mövsüm sonunda müqaviləsi başa çatan Serxio Aqueronun klub ilə müqaviləni yeniləməyəcəyini açıqlayıb.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Klub prezidenti Xalood Əl Mübarək futbolçunun klubdan gedəcəyini bildirib:

"Aqueronun ötən on ildə klub üçün etdiklərini unuda bilmərik. O nəinki "Mançester Siti azarkeşlərinin, bütün futbol sevərlərin yaddaşında qalacaq. İndi Aqueronun klubdan ayrılması ilə bağlı danışmaq üçün tezdir. O hələ bizimlədir. Hətta "Etihad" Stadionunun qarşısında Aqueronun heykəlini qoyacayıq. Bunun üçün bir sənətkar ilə danışıqlar aparırıq"

Serxio Aquero rəsmi Twittter səhifəsindən verdiyi açıqlamada "Mançester Siti"də keçirtdiyi on ildən danışıb:

"Mançester Siti"də oynadığım on mövsüm məni çox qürurlandırır. İllər ərzində bu klubun azarkeşləri ilə sıx əlaqələr qurdum. 2011-ci ildə bu kluba gəldim və dünyanın ən güclüləri arasına daxil olduq. Mövsümün davamında əlimdən gələni eliyəcəm, sonra isə məni yeni macəralar gözləyir.

Xatırladaq ki, Aqueronun müqaviləsi mövsüm sonunda bitir.