Schalke-dən Kasımpaşa-ya keçdi

Kasımpaşa heyətini yeni futbolçu ilə gücləndirib.
Assist.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın Schalke-nin qapıçısı Erdem Canpolatı transfer edib. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Türk əsilli olmasına baxmayaraq, Almaniyada anadan olan və bu ölkənin vətəndaşlığını daşıyan Erdem, 2015-ci ildən Schalke-də idi.