Saul Atletico Madrid-dən ayrıldığını açıqladı

Saul Atletico Madrid-dən ayrıldığını açıqladı

Atletico Madrid-in futbolçusu Saul Niqes Madrid təmsilçisindən ayrılmağa qərar verib.

Assist.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında paylaşım edib.

İspaniyalı oyunçu bildirib ki, 3 gündən sonra yeni klubunun adı bəlli olacaq.

Qeyd edək ki, Atletico-nun öz yetirməsi olan İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub.