Rusiya qalib gəldi, millimiz qrupda qaldı

Rusiya qalib gəldi, millimiz qrupda qaldı

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raundunda mübarizə apardığı C qrupunu 4 xalla tamamlayıb. Assist.az xəbər verir ki, Joze Alesionun çalışdırdığı komanda son turda Slovakiya ilə 3:3 hesablı heç-heçə edib.

 

Millimiz qrupun digər görüşündə Xorvatiyanın Rusiyaya uduzması ilə qrupda qalıb. 4:3 hesablı qələbə qazanan Rusiya 6 xalla qrup lideri olub. Eyni xala malik olan xorvatlar 2-ci, Azərbaycan 4 xalla 3-cü, Slovakiya 1 xalla sonuncu olub.