Rusiya klubunda koronavirus şoku

Rusiya klubunda koronavirus şoku

Rotor-un heyətində koronavirusa yoluxma halı aşkarlanıb.

Assist.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, komandanın 7 futbolçusu koronavirusa yoluxub. Virusa yoluxanların adları açıqlanmayıb. Bütün komandanın karantinə alındığı bildirilib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının 7-ci turunun Rotor – Krasnodar oyunu da təxirə salınıb.