Ronaldo dubl etdi, "Yuventus" qələbə qazandı

İtaliya A seriyasında 20-ci turun oyunları davam edir. Assist.az xəbər verir ki, doğma meydanda "Parma"nı qəbul edən "Yuventus" 2:1 hesablı qələbə qazanıb. 

Turin təmsilçisinin heyətində C.Ronaldo dubl edib. Qonaqlardan isə A.Kornelius fərqlənib.

İtaliya A seriyasına 51 xalla "Yuventus" başçılıq edir. Liderdən xal 4 geri qalan "İnter" ikinci, aktivində 45 xalı olan "Latsio" isə üçüncüdür. "Parma" isə 28 xalla 8-ci pillədə qərarlaşıb.

 

"Yuventus" - "Parma" - 2:1

Qollar: C.Ronaldo, 43', 58' - A.Kornelius 55'