Ronaldo 100-ə çatdı

Ronaldo 100-ə çatdı

UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə keçirilən görüş (2:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Assist.az  xəbər verir ki, oyunda dubl edən 35 yaşlı hücumçu milli komandada qol sayını 100-ə çatdırıb.

Bununla da Juventus-un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.