Ronaldinyo saxta pasporta görə saxlanıldı
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo saxlanılıb. Assist.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun saxta pasportdan istifadə etməsi olub.
Ulduz futbolçu Paraqvaya getmək üçün saxta sənədlərdən istifadə edib. Ronaldinyonun qaldığı oteldə aparılan polis baxışından sonra saxta pasport aşkarlanıb. O, yeni pasportunda adını Ronaldo kimi qeyd edib.