Ronald Kuman: "Barselona" 8 il əvvəki gücündə deyil"

"Barselona" klubunun" hollandiyalı baş məşqçisi Ronald Kuman La liqanının 5-ci turu çərçivəsində "Qranada" qarşısında alınan '1-1" hesablı bərabərlikdən sonra oyun barədə açıqlama verib:
"Bu günkü "Barselona" 8 il əvvəlki gücündə deyil. Oyundan əvvəl öz meydanımızda qələbə qazanacağımızı düşünmüşdük, amma oyuna yaxşı başlamadıq və bu işimizi çətinləşdirdi. Oyunda güclü qala bilmədik və bu bizim xətamız idi. Rəqimiz ikinci dəqiqədə qol vurduqdan sonra müdafiə olunmağa başladı və boşluq buraxmadı. Bu da bizim qol vurmağımızı çətinləşdiridi. Hesab da geri düşdükdən sonra cinahlardan ötürmələrlə oynamağa çalışdıq. Qələbə qazanmağı çox istədik, ancaq bərabərlik məğlubiyyətdən daha yaxşıdır. Bərabərliyə layiq idik".
Əlavə edək ki, Ronald Kuman mətbuat konfransında klubdakı gələcəyi barədə verilən suallara "Artıq klubdakı gələcəyim barədə danışmıyacağam" şəklində cavab verib.