Roma-da ağır itki

Roma ciddi itki ilə üzləşib.
Assist.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Dieqo Perotti zədələnib. O, komandasının Cagliari-yə qarşı keçirdiyi yoxlama oyununda (2:2) sıradan çıxıb.
Artıq ətraflı həkim müayinəsindən keçən təcrübəli futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.