Robert Levandovskidən "Bavariya"ya pis xəbər

Polşa Futbol Federasiyası, DÇ-2022-nin seçmə mərhələsində Andora ilə matçda zədələnən Robert Levandovskinin İngiltərə ilə matçda oynaya bilməyəcəyini açıqlayıb.
Assist.az Polşa Futbol Federasiyasının rəsmi səyfəsinə istinadən xəbər verir ki, Robert Levandovski İngiltərə ilə matçı buraxacaq.
"Robert Levandovski" çərşənbə günü DÇ-2022-nin seçmə mərhələsində Londonda oynanacaq İngiltərə-Polşa matçını buraxacaq. Aparılan testlərdə Levandovskinin sağ dizində problem olduğu aşkarlanıb. İndi 5-10 gün gözləməliyik".
Xatırladaq ki, Robert Levandovski DÇ-2022-nin seçmə mərhələsində oynanan Polşa-Andora matçında zədələnmişdi.