Renat Dadaşov "Tottenhem"lə oyunda dubl etdi

İngiltərə 2-ci Liqasında 18-ci turun oyunları keçirilib. Assiat.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem"li həmyaşıdlarına 2:3 hesabı ilə uduzub.


Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. 
 
“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.