"Real Madrid" Kriştiano ilə bağlı qərarını verdi

"Real Madrid" Kriştiano ilə bağlı qərarını verdi

"Yuventus"un Portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, "Real Madrid"ə qayıtmayacaq.

Assist.az "Cuartro"ya istinadən xəbər verir ki, "Real Madrid" eks futbolçusu Kriştiano Ronaldo ilə maraqlanmır. "Real Madrid" rəhbərliyinin transfer etmək istədiyi futbolçu "PSJ"nin hucumçusu Killian Mbappedir.

Kriştiano Ronaldo ilə başqa klublar maraqlanır.

Xarici mənbələrdə yazılan xəbərlərə görə, "Mançester Yunayted" və "PSJ" klubları Kriştiano Ronaldo ilə maraqlanır.

Xatırladaq ki, Ronaldonun "Yuventus"dan gedəcəyi ilə bağlı yayılan xəbərlərin səbəbi, "Yuventus"un "Seria A"da çempionluq yarışından uzaq qalması və Çemoionlar Liqasının 1/8 final mərhələsində "Porto"ya məğlub olmasından qaynaqlanır.