Real Madrid-in zədəliləri sıraya döndü

Real Madrid-in zədəliləri sıraya döndü

Bir müddətdir zədədən əziyyət çəkən Real Madrid-in futbolçuları Serxio Ramos və Eden Hazard sıraya dönüb.

Assist.az xəbər verir ki, hər iki oyunçu komanda ilə birgə məşqə başlayıb.

Ramosun Çempionlar Liqasının 1/8 finalının Atalanta ilə martın 16-da keçiriləcək cavab matçı üçün sifariş ediləcəyi gözlənilir. Ancaq hər iki futbolçu ilə bağlı sabah yekun qərar veriləcəyi bildirilib.

Qeyd edək ki, Ramos fevral ayında dizindən əməliyyat olunub.