Real Madrid-in futbolçuları sağaldı

Real Madrid-in futbolçuları sağaldı

Real Madrid-in futbolçuları Eden Hazard və Eder Militao koronavirusdan sağalıb.

Assist.az xəbər verir ki, onların son testi mənfi çıxıb. Beləliklə, belçikalı yarımmüdafiəçi və braziliyalı müdafiəçi La Liqanın növbəti turunda Villarreal-a qarşı keçiriləcək matçda iştirak edə biləcəklər.

Qeyd edək ki, Hazard və Militao bu mövsüm 3 oyunda meydana çıxıblar.