Real Madrid-in əfsanəvi futbolçusu vəfat etdi

Real Madrid-in əfsanəvi futbolçusu vəfat etdi

Real Madrid-in sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.

Assist.az xəbər verir ki, keçmiş müdafiəçi 83 yaşında vəfat edib.

Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə Real Madrid-in formasını geyinib. O, "kral klubu"nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.