Real Madrid-dən Sevilla-ya — RƏSMİ

Real Madrid-dən Sevilla-ya — RƏSMİ

Real Madrid-in futbolçusu Oskar Rodriqes karyerasını Sevilla-da davam etdirəcək.

Assist.az xəbər verir ki, bu barədə Sevilla-nın rəsmi saytı məlumat yayıb. Avropa Liqasının son qalibi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Bu transferə görə Sevilla Madrid klubuna 15 milyon avro ödəyib.

Qeyd edək ki, Real-in yetirməsi olan Oskar əsas komandada debüt etməyib. O, son iki mövsümü icarə əsasında Leganes-də keçirib.