Real Madrid-dən Manchester United-ə

Real Madrid-dən Manchester United-ə

Real Madrid-in futbolçusu Rafael Varan karyerasını İngiltərədə davam etdirə bilər.

Assist.az xəbər verir ki, Manchester United 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Klub qış transfer pəncərəsi dövründə müdafiəçini heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar”ın Varan üçün təklif göndərməyə hazır olduğu bildirilir.

Fransalı futbolçunun Real-la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.