Real Madrid-dən Granada-ya

Real Madrid-dən Granada-ya

Granada heyətini yeni futbolçuyla gücləndirib.

Assist.az xəbər verir ki, La Liqa təmsilçisi Real Madrid-dən Alberto Soronu transfer edib. 21 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb. Granada Soro üçün Real-a 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, Soro son mövsümü icarə əsasında Sequnda təmsilçisi Zaragoza-da keçirib.