Rafael Ağayevlə İrina Zaretskanın lisenziyaları ləğv olundu

Rafael Ağayevlə İrina Zaretskanın lisenziyaları ləğv olundu

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub.

Assist.az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Lisenziyaların ləğvinə səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən (biri təşkilatçı Yaponiyadan olmaqla) ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.