Qurban Qurbanov Hondanın Neftçi-yə transferindən danışdı

Qurban Qurbanov Hondanın Neftçi-yə transferindən danışdı

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov yaponiyalı ulduz futbolçu Keysuke Hondanın "Neftçi"yə keçidinə münasibət bildirib.

Assist.az xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib ki, böyük adların Azərbaycan futboluna gəlməsi pis nəticə verməz.

Qurbanovun sözlərinə görə, belə adları görəndə azarkeşlərin futbola marağı artır: "Hər zaman belə şeyin tərəfdarı olmuşam. Çempionatımız azarkeşlərlə keçirilsəydi, daha maraqlı olardı. Hondanın "Neftçi"yə gəlməsi onu göstərir ki, komanda çox iddialıdır. Belə futbolçuların çempionatda olması hər kəsə stimul verir. Uğurlar arzulayıram. Düşünürəm ki, doğrunu biliblər və belə transfer ediblər. Bəlkə də, bu, hələ başlanğıcdır".