"Qəbələ" ölkə kubokunun qalibi oldu

Futbol üzrə ölkə kubokunun qalibi müəyyənləşib. Assist.az xəbər verir ki, həlledici qarşılaşmada "Sumqayıt"la üz-üzə gələn "Qəbələ" rəqibi 1:0 hesabı ilə məğlub edərək ölkə kubokuna yiyələnib. Şimal təmsilçisinə qələbə gətirən qolu 4-cü dəqiqədə Stiven-Jozef Monroz "Sumqayıt"ın qapısından keçirib.
Qeyd edək ki, "Qəbələ" bu qələbədən sonra ölkəmizi Avropa liqasında təmsil etmək hüququ da qazanıb.