"Qarabağ"ın prezidenti dəstək üçün Macarıstana yollanıb

"Qarabağ"ın prezidenti  dəstək üçün Macarıstana yollanıb

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə yollanıb.

Assist.az xəbər verir ki, o, "Ferensvaroş" ilə oyun öncəsi komanda üzvləri ilə görüşəcək, daha sonra qarşılaşmanı stadiondan izləyəcək.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Ferensvaroş" - "Qarabağ" matçı sabah saat 22:00-da başlayacaq.