“Qarabağ”dan böyük hesablı qələbə

“Qarabağ”dan böyük hesablı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub. Bağlanış matçında “Qarabağ”  “Sumqayıt”la üz-üzə gəlib. Qarşılıqlı hücümlar şəraitində keçən görüşdə 5 qol qeydə alınıb. Hesabı ilk yarıya əlavə olunan birinci dəqiqədə meydan sahibləri açıblar. Abdullah Zubir komandasını fasiləyə üstün yollayıb. İkinci hissəyə də fəal başlayan Ağdam təmsilçisi 46-cı dəqiqədə fərqi artırıb . Cəmaləddin Xocaniyazov qapıları səhv salıb. “Kimyaçılar”ın cavabı 13 dəqiqə sonra gəlib. Əli Qurbani komandasını ümidləndirib. Lakin,  hücumlarının sürətini azaltmayan “köhlən atlar” 71-ci dəqiqədə yenidən rəqibi cəzalandırıblar. Zubir dublunu rəsmiləşdirib.  Qoldan ruhlanan Ağdam klubu çox keçmədən növbəti dəfə qonaqları mərkəzə dəvət edib. Filip Ozobiç toru silkələyib 4-1. Böyük hesablı qələbə qazanan “Qarabağ” 46 xalla liderliyə yüksəlib. 29 xala sahib “Sumqayıt” 4-cü pillədə qərarlaşıb.