"Qarabağ" milli üzvünün transferinə hazırlaşır?

"Qarabağ" milli üzvünün transferinə hazırlaşır?

Bosniya və Herseqovina millisinin üzvü  Amar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

Assist.az xəbər verir ki, hazırda ölkəsinin “Sarayevo” klubunda oynayan bosniyalı yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığı bildirilir.

Bir neçə ildir komandasının aparıcı oyunçularından olan Rəhmanoviçin Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün paytaxt klubundan ayrılmaq fikrində olduğu qeyd olunub.

26 yaşlı futbolçu  bu mövsüm 12 oyunda 3 qol vurub, 4 assist edib.

Qeyd edək ki, “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan futbolçu daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında çıxış edib.