"Qarabağ" İsraildə mərhələ adladı

"Qarabağ" İsraildə mərhələ adladı

“Qarabağ” bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Assist.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2-ci mərhələnin cavab oyunu çərçivəsində İsraildə “Aşdod”la qarşılaşıb.

“Qarabağ” “Aşdod”la Bakıda keçirilən matçda 0:0 hesablı heç-heçə etmişdi. Cavab görüşündə minimal hesabla qalib gələn Ağdam klubu növbəti mərhələyə vəsiqə qazanıb.

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunları

29 iyul

Aşdod (İsrail) – Qarabağ 0:1
Qol: F.Ozobiç, 6.
Baş hakim: Novak Simoviç (Serbiya)
İlk oyun 0:0