Qarabağ-ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Qarabağ-ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Assist.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq.

Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin görüşləri 18-19 avqustda keçiriləcək.