"Qalan qarşılaşmalar bir şəhərdə oynanılacaq"

"Qalan qarşılaşmalar bir şəhərdə oynanılacaq"

Koronavirus səbəbiylə dayandırılan NBA (Amerika Basketbol Liqası) mövsümünün necə tamamlanacağına dair bir irəliləyiş oldu. NBA rəhbərliyi, mövsümü iyulun sonunda Orlandodakı Disney İdman Kompleksində başlamağı və sona çatdırmağı hədəflədiklərini açıqladı.
Koronavirusun yayılması səbəbindən martın 11-dən etibarən dayandırılan NBA basketbol həvəskarlarına xoş xəbər gəldi.

Assist.az xəbər verir ki, bir müddətdir eyni şəhərdə bütün oyunları oynamağa çalışan NBA rəhbərliyi sezonun geri qalanının iyulun ayının sonundan etibarən Orlondadakı "Disney World Resort"-da oynanılması üçün "Walt Disney" şirkətiylə danışıqlar apardığını açıqladı.

Komandaların düşərgə işlərini Disney World Resort-da etməsini planlaşdıran NBA rəhbərliyi də oyun cədvəlini dəyişdirəcəkdir.

Normal Sezonun təqvimi dəyişir
82 oyundan ibarət müntəzəm mövsümdə daha bir neçə matç oynamaq və hazırkı sıralamada pley-offa keçmək fikri üstünlük təşkil edir. Bildirilib ki, NBA rəhbərliyi 29 May Cümə günü klub rəhbərləri ilə görüşəcək və təqvimlə bağlı planlarını çatdıracaq.

Niyə Disney World?
Orlandodakı Disney-in obyektləri 2500 kilometr ərazini əhatə edir və buradakı iki böyük otel 4900 otaq tutumuna malikdir. Bundan başqa, bölgədə lüks otellər çoxdur. Digər tərəfdən, 12-dən çox basketbol meydançası, ESPN obyektləri və matçlara ev sahibliyi edəcək yayım studiyaları var.

Uzun illərdir NBA ilə Disney arasında çox yaxşı bir münasibət var. Disneyə məxsus ESPN-də uzun illərdir liqanın ən sadiq nəşrləri sırasındadır.

Orlandonun əlaqəli olduğu Florida ştatının idman tədbirlərinə başlamasına icazə verdiyini açıqladıqdan sonra, bunun NBA üçün ən məntiqli ssenari olduğu qərara alındı.

NBA-nın önümüzdəki günlərdə sezonun tam olaraq başlayacağı günü də açıqlanması gözlənilir