Qətər klubundan Hakan Çalhanoğluya Cazib təklif

Qətər klubundan Hakan Çalhanoğluya Cazib təklif

Qətərin "Əl-Duhail" klubu "Milan"ın 27 yaşlı yarımmüdafiəçisi Hakan Çalhanoğluya cazib təklif göndərib.

Assist.az  "Sky Sport"a istinadən xəbər verir ki, "Əl-Duhail" klubu Çalhanoğluya illik 8 milyon maaş olmaqla 3 illik müqavilə təklif edib. Klub nümayəndələri bu təklifi müzakirə etmək üçün gələn həftə türkiyəli futbolçu ilə görüşəcək, amma Çalhanoğlu bu cazib təklifə baxmayaraq Avropa klublarına transfer olunmaq istəyir.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm oynadığı 42 matçda 9 qol vurub və 13 qolun ötürməsini verib.